İstifadə qaydaları

 

Maddə 1 Tərəflər

    1. İcraçı

Adı: “İNLDP” Məhdud Məsuliyyətli Cəmiyyət.

Ünvanı: Bakı şəhəri, Nobel prospekti 15, Azure Business Center, 26-cı mərtəbə

VÖEN: 2006797301

Telefon: 012 488 6792; 050 250 3575

    1. İstifadəçi:

www.indlp.com internet səhifəsində qeydiyyatdan keçmiş, bu müqavilənin şərtlərini qəbul etmiş istifadəçi.

Maddə 2. Müqavilənin mövzusu

2.1. Bu istifadə qaydaları eyni zamanda “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının qanununa uyğun tərtib edilmiş müqavilədir. Bu müqavilənin mövzusunu İcraçının www.indlp.com internet səhifəsi vasitəsi ilə elektron formatda sənəd nümunələrini satması, onlayn qaydada qeyri-formal təhsili üzrə xidmətləri təqdim etməsi və İstifadəçi tərəfindən həmin sənəd nümunələri və xidmətlərin dəyərinin ödənilməsi təşkil edir.

Maddə 3. Məhsulun və göstərilən xidmətlərin keyfiyyəti, qiyməti və ödəmə şərtləri

    1. İcraçı tərəfindən təqdim edilmiş məhsullar təcrübədə istifadə edilmiş, peşəkar mütəxəssislər tərəfindən hazırlanmış təyinatı üzrə sınaqdan keçmişdir.
    2. İcraçı tərəfindən təqdim edilən xidmətlər həmin sahədə ixtisaslaşmış peşəkar mütəxəssislər tərəfindən təqdim edilir.  
    3. www.indlp.com internet səhifəsi vasitəsi ilə təqdim edilən məhsullar və xidmətlər Azərbaycan manatı ilə satılmaqdadır.
    4. Təqdim edilən məhsulun və xidmətin qiymətinə Azərbaycan Respublikasının Vergi qanunvericiliyi ilə tələb edilən bütün vergilər daxildir.
    5. Ödəniş plastik kartla və ya ödəmə terminalı vasitəsilə həyata keçirilir.
    6. Məhsulun ödənişi həyata keçirildikdən sonra Məhsul İstifadəçinin www.indlp.com internet səhifəsində qeydiyyatdan keçən zaman göstərdiyi elektron ünvanına göndərilir. Məhsul göndərildiyi anda İcraçı tərəfindən hazırki müqavilə üzrə öhdəliyini yerinə yetirilmiş hesab edilir. Məhsul yükləndikdən sonra ondan imtina edilməsi və ya Xidmətin göstərilməsi üçün müəllim təyin edildikdən sonra və ya digər şəkildə ödənişin geri tələb edilməsinə yol verilmir.
    7. Xidmətlərin dəyəri ödənildikdən sonra İstifadəçi ilə İcraçının təyin etdiyi müəllim arasında satın alınan qeyri-formal təhsil kursunda iştirak etmək üçün vaxt razılaşdırılaraq müəyyən edilir və həmin dərslərin başlamasına ən azı 30 dəqiqə qalmış İcraçı tərəfindən göndərilən internet linki vasitəsi ilə online qaydada dərslər keçirilir.
    8. İstifadəçi Xidmətlərdən istifadə zamanı www.indlp.com internet səhifəsinin digər iştirakçılarının hüquqlarına hörmətlə yanaşmalı, dərsin gedişinə mane olmamalıdır. Müəllimin dərsin gedişinə mane olan istifadəçini dərsdən kənarlaşdırmaq hüququ var. Bu halda Xidmət haqqı geri ödənilmir.

Maddə 4 Müqavilənin bağlanma yeri və qüvvədə olma müddəti

Müqavilə Bakı şəhərində, İstifadəçinin bu müqavilənin şərtlərini qəbul etdiyi andan bağlanmış hesab edilir.

Maddə 5. Mübahisələrin həlli

Bu müqavilə üzrə yaranan fikir ayrılıqları qarşılıqlı anlaşma şəklində danışıqlar vasitəsilə həll ediləcək. Danışıqlar vasitəsilə həll edilə bilməyən fikir ayrılıqları Azərbaycan Respublikasının Mülki Prosessual  Məcəlləsinin tələblərinə uyğun şəkildə Azərbaycan Respublikasının müvafiq məhkəməsi vasitəsilə həll ediləcəkdir.

Maddə 6 Digər müddəalar

    1. İstifadəçi tətərəfindən qeydiyyat zamanı daxil etdiyi məlumatlar məxfi hesab edilir və Azərbaycan Respublikasının səlahiyyətli dövlət orqanı tərəfindən tələb edilmədiyi müddətdə üçüncü şəxslərə açılmamalıdır.
    2. İstifadəçi tərəfindən www.indlp.com internet səhifəsi vasitəsilə alınan məhsulun istifadəsi zamanı gələcəkdə hər hansı 3-cü şəxslərlə yarana biləcək hər hansı iddia və ya pretenziya üçün İcraçı məsuliyyət daşımır.
    3. İstifadəçi www.indlp.com internet səhifəsindən yüklədiyi məhsulu yalnız öz məqsədləri istifadə edir və İcraçının razılığı olmadan digər şəxslərə yayması qadağan edilir.
    4. İstifadəçinin yüklədiyi məhsulla əlaqədar yaranan bütün sualları eləcə də həmin məhsulun müddəalarının təfsiri İstifadəçi tərəfindən yazılı şəkildə müraciət edildiyi halda İcaçı tərəfindən təmənnasız olaraq cavablandırılır.
    5. İstifadəçi tərəfindən eyni məhsulu iki və daha artıq yükləməsi üçün İcraçı məsuliyyət daşımır.
    6. İcraçı birtərəfli qaydada bu Müqavilənin şərtlərini dəyişmək hüququna malikdir. İcraçı İstifadəçinin www.indlp.com internet səhifəsində qeydiyyatdan keçdiyi zaman göstərdiyi email ünvanına dəyişikliklər barədə məlumatı ağlabatan müddətdə göndərir.
    7. İstifadəçi tərfindən yuxarıda qeyd edilən şərtləri qəbul edilməsi İcarçı  tərəfindən oferta edilən bu müqavilənin bütün şərtlərinin qəbul edərək aksept etməsi kimi qiymətləndirilir.